![]()
22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-nin kollektivi İdarə Heyətinin sədri Vüsal Nəsirli-nin rəhbərliyi ilə Fəxri xiyabanı ziyarət edib.
Kollektiv xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev-in əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva-nın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra kollektiv Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib.

.

.

.

Subyekt.az