![]()
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda duru bitki yağları istehsalı 42 min 966,4 ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9517,3 ton və ya 28,5 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Subyekt.az AZƏRTAC-a istinadən bildirilib ki, noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 931,7 ton və ya 46,5 faiz artaraq 2934 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə duru bitki yağları istehsalı 33 min 449,1 ton, hazır məhsul ehtiyatı isə 2002,3 ton təşkil edib.
Subyekt.az
