![]()
Əməkdar jurnalist və sabiq millət vəkili Əlövsət Ağalarov tütün istifadəsinin insan orqanizminə mənfi təsirləri barədə maarifləndirici fikirlərini bölüşüb.
Subyekt.az xəbər verir ki, Əməkdar jurnalist, keçmiş millət vəkili, tanınmış ziyalımız Əlövsət Ağalarov Mədəniyyət TV-nin efirində tütün istifadəsinin insan orqanizminə vurduğu ciddi zərərlərdən, onun sağlamlıq üçün yaratdığı təhlükələrdən və bu istiqamətdə maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
Cəmiyyətin sağlam gələcəyinin təmin olunması hər birimizin üzərinə məsuliyyət qoyan mühüm məsələlərdəndir. Tütün istifadəsinin fəsadları, xüsusilə də onun insan sağlamlığına və həyat keyfiyyətinə mənfi təsirləri barədə ictimaiyyətin məlumatlandırılması böyük sosial əhəmiyyət daşıyır.
Əlövsət Ağalarovun bu mövzuda səsləndirdiyi fikirlər hər birimiz üçün diqqətəlayiq və düşündürücüdür.
Vaxtı və imkanı olan hər kəsi bu maarifləndirici çıxışı izləməyə və dinləməyə dəvət edirəm. İnanıram ki, sağlam cəmiyyətin formalaşması naminə belə çıxışların geniş auditoriyaya çatdırılması xüsusi əhəmiyyət kəsb edir.
Rövşən Hüseynli
Subyekt.az