Süleyman Neymətovun vətəndaş qəbulunun tarixi dəyişdirilib
09 Noyabr 2026
1
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis general-leytenantı cənab Süleyman Neymətov tərəfindən 2026-cı il noyabr ayının 13-də Şahbuz rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi noyabr ayının 12-ə dəyişdirilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.11.2026-cı il tarixədək Şahbuz Rayon Polis Şöbəsinə, habelə Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Vətəndaş qəbulu noyabrın 12-də 10:00-da Şahbuz Rayon Polis Şöbəsində keçiriləcək.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.