![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Bakı şəhərinin Bakıxanov qəsəbəsində (Sülh küçəsi, 35) növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsinin ərazisində yaşayan seçicilərlə yanaşı, digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.
Vətəndaşları fərdi şəkildə qəbul edən deputat onları diqqətlə dinləyib, qaldırdıqları məsələlərlə yaxından tanış olub.Qəbul iştirakçılarını narahat edən məsələlər əsasən məşğulluq, təhsil, sosial müdafiə, əfv və digər mövzuları əhatə edib.
Qanunvericiliyə uyğun olan məsələlər nəzarətə götürülüb, onların həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.
Subyekt.az