![]()
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov Azərbaycanda təhsilin Prezident İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban Əliyevanın xüsusi diqqətində olan sahələrdən olduğunu qeyd edib. Tələbələri və vaildeynləri təbrik edən Birlik sədri Başlıbel kəndindən 23 abituriyetin ali məktəblərə qəbul olmasının böyük nəticə olduğundan danışıb. V.Həşimov başlıbelli gənclərin qəbulda əldə etdiyi nəticələrin sevindirici olduğunu bildirib. Bu münasibətlə tələbələri, vaildeyinləri və müəllimləri təbrik edən Birlik sədri deyib ki, ali məktəbə qəbul olunanlardan 10 nəfər oğlan, 13 nəfər isə qızlardır. Ali məktəbə qəbul olunanların yarıdan çoxunu qızlar təşkil etməsi xüsusi sevindirici nəticədir. Bu nəticə Başlıbel kəndinin əhalisinin qızların təhsilinə xüsusi yanaşdığını göstərir. Birlik sədri məlumat verib ki, bugünkü tədbirdə Bakı şəhərində yerləşən ali məktəblərə qəbul olan tələbələr iştirak edir. Bölgələrdəki universitetlərə qəbul olan tələbələr tədbirə qatıla bilməsələr də onların da təltifləri ünvanlarına çatdırılacaq.
Sonra Başlıbel kəndindən olan müəllimlər, müxtəlif universitetlərdə çalışan alimlər, ziyalılar, vaildeynlər çıxış ediblər. Əməkdar müəllim Hüseyn Şahbəndəyev, Bakı Mühəndislik Universitetinin dekan müavini Osman Mirzəyev, ziyalılar Qalib Əbdüləliyev, Yusif Salahov, Natiq Salahov, Nurəddin Həşimov, Etibar Ağayev, Elxan Salahov çıxışlarında tələbələri təbrik edərək onlara tövsiyələrini veriblər. Başlıbel kəndinin ənənələrini daim qoruyub saxlamağın vacibliyini, dövlətimizin inkişafı üçün bundan sonra da təhsillərində daha ciddi naliyyətlərə nail olmağın, ixtisaslarına mükəmməl yiyələnməyin zəruruliyini tələbələrin nəzərinə çatdıran natiqlər onlara uğurlar diləyiblər.
Sonra tələbələrə xüsusi “Təşəkkürnamə” və simvolik hədiyyələr təqdim olunub.
2025/2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan Başlıbelli tələbələr aşağıdakılardır:
1. Ağayev Yalçın Sabir oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti (Zaqatala filialı), Dövlət və bələdiyyə idarəetməsi
2. Əzizli Ramil Gündüz oğlu -Gəncə Dövlət Universiteti, Tarix müəllimliyi
3. Əzizova Səma Mayıl qızı – Moskva Dövlət Universiteti, Hüquqşünaslıq
4. Babayeva Nuray Elman qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
5. Bayramlı Nuranə Aqil qızı – Azərbaycan Dövlət Aqrar Universiteti, Bitki mühafizəsi (tədris türk dilində, dövlət sifarişli)
6. Həmidova Aysu Seymur qızı Bakı Dövlət Universiteti, Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
7. Həsənli Könül Əliyar qızı – Qarabağ Universiteti, Kimya müəllimliyi
8. Həsənov Emil Eynur oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Maliyyə
9. Həşimova Gülnar Yelmar qızı – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Qida mühəndisliyi
10. Məmmədov Sənan Vüqar oğlu – Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları
11. Məmmədova Nuray Namiq qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xüsusi pedaqogika
12. Mirzəli Elnur Teymur oğlu – ADA Universiteti, İnformasiya texnologiyaları (tədris ingilis dilində)
13. Mirzəyev Ramal Anar oğlu – Azərbaycan Texniki Universiteti, Silah qayırma mühəndisliyi (dövlət sifarişi)
14. Mirzəyeva Zibeydə Ayaz qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi
15. Qasımov Cəsur Yasin oğlu – Bakı Mühəndislik Universiteti, İqtisadiyyat
16. Qədimli Rəşad Rauf oğlu – Naxçıvan Dövlət Universiteti, Hüquqşünaslıq
17. Qədimova Aysu Elxan qızı – Sumqayıt Dövlət Universiteti, Ekologiya
18. Salahov Sənan Hümbət oğlu – Gəncə Dövlət Universiteti, Turizm işinin təşkili
19. Salahova Aytac Elxan qızı – Bakı Mühəndislik Universiteti, Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
20. Şahbəndəli Aydan Tacəddin qızı – Bakı Dövlət Universiteti, Riyaziyyat (tədris ingilis dilində)
21. Şahbəndəyeva Gülər Elməddin qızı – Bakı Dövlət Universiteti, Psixologiya (dövlət sifarişi)
22. Şahverdiyeva Fatimə Elşən qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsildə sosial-psixoloji xidmət
23. Tağızadə Amin Şaiq oğlu – Azərbaycan Texniki Universiteti, Mexatronika və robototexnika mühəndisliyi.












Subyekt.az