![]()
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 91 illiyi tamam olur.
Səyavuş Aslan 1935-ci ildə Bakının Saray kəndində anadan olub. Aktyorluğa dram dərnəklərində başlayan sənətkar 1959-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib və uzun illər bu teatrın aparıcı aktyorlarından biri olub. 1994–1996-cı illərdə teatrın bədii rəhbəri kimi də çalışıb.
Sənətkar “Kəndimizin mahnısı”, “Özümüz bilərik”, “Altı qızın biri Pəri”, “Ulduz”, “Hicran” kimi tamaşalarda, eləcə də “Əhməd haradadır?”, “Bəyin oğurlanması”, “Evləri köndələn yar”, “Yuxu” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla tamaşaçı sevgisi qazanıb. Televiziya tamaşalarında isə yüzdən çox obraz canlandırıb.
1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülən Səyavuş Aslan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Görkəmli sənətkar 2013-cü ildə vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Subyekt.az