A vibrant arrangement of various euro banknotes in denominations of 50, 100, 200, and 500 euros, showcasing the diversity of European currency. Perfect for themes related to finance, banking, economics, investment, and currency exchange.
![]()
Almaniya Ukraynaya, ümumilikdə, 60 milyon avro dəyərində yeni yardım göstərəcək.
Subyekt.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful avqustun 22-də ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə açıqlayıb.
“Almaniya hazırda humanitar yardım üçün əlavə 50 milyon avro ayırır. Bu vəsait mənzillərin yenidən qurulmasına, səyyar sanitar qovşaqların yaradılmasına və istilik avadanlığı ilə təmin edilməsinə sərf olunur”, – deyə o bildirib.
Vadefulun sözlərinə görə, Almaniya bundan əlavə, Ukraynanı dəstəkləmək üçün yaradılan NATO fonduna 10 milyon avro köçürmək niyyətindədir.
Subyekt.az