![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, Zelenski bu barədə Telegram hesabında paylaşım edib.
Prezident bildirib ki, Rusiya növbəti dəfə mülki obyektləri hədəfə alıb: Odessada sərnişin avtobusları, Zaporojyedə yaşayış binaları, Xarkov vilayətində isə xəstəxana hücuma məruz qalıb.
“Rusiyanın həyata qarşı apardığı bu müharibənin hər günü Ukraynaya hərtərəfli dəstəyin – hərbi, siyasi və humanitar baxımdan – nə qədər vacib olduğunu göstərir”, – deyə, Zelenski vurğulayıb.
O, mülki əhalinin qorunması üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməsinin zəruri olduğunu bildirib.
“Dünyadakı hər kəs görür ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Eyni zamanda, Rusiya rəhbərliyi müharibəni dayandırmaqdan imtina edir və bu, heç bir məntiqə sığmır”, – deyə, dövlət başçısı qeyd edib.
Zelenski əlavə edib ki, Rusiyaya beynəlxalq təzyiq daha da artırılmalı və bunun real nəticələri olmalıdır.
Subyekt.az