![]()
Subyekt.az modern.az-a istinadla xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Bildirilib ki, yardım qrupunun tərkibinə 45 xilasedici, dörd axtarış-xilasetmə iti, iki nəqliyyat vasitəsi və 20 hərbçi daxildir.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Meksika və Almaniya da Venesuelaya humanitar yardım göndərən ölkələr sırasında yer alıb.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Daha sonra ABŞ Geologiya Xidməti 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın baş verdiyini açıqlayıb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Əsas zəlzələlərdən sonra ümumilikdə 214 afterşok qeydə alınıb. Son rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həyatını itirib, 3,2 mindən artıq şəxs isə müxtəlif dərəcəli xəsarət alıb.
Subyekt.az