![]()
Milli Məclisin deputatı Ceyhun Məmmədov vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin operativ və sistemli şəkildə araşdırılması məqsədilə keçirdiyi qəbul görüşlərini davam etdirir. Növbəti vətəndaş qəbulu Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahı binasında təşkil olunub.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı vətəndaşların fərdi və ictimai əhəmiyyət daşıyan müraciətləri, sosial xarakterli problemləri, həmçinin müxtəlif sahələr üzrə təklif və təşəbbüsləri diqqətlə dinlənilib. Səsləndirilən müraciətlər sistemli şəkildə qeydə alınaraq, onların aidiyyəti dövlət qurumları qarşısında qaldırılması və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün zəruri tapşırıqlar verilib.
Görüş çərçivəsində vurğulanıb ki, vətəndaşlarla mütəmadi təmasların saxlanılması cəmiyyətin aktual problemlərinin öyrənilməsi, sosial rifaha təsir göstərən məsələlərin vaxtında müəyyənləşdirilməsi və operativ həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu cür qəbullar ictimai iştirakçılığın genişlənməsinə, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə və idarəetmədə şəffaflığın artırılmasına xidmət edir.
Bildirilib ki, seçicilərlə davamlı görüşlərin təşkili, onların müraciətlərinin nəzarətdə saxlanılması və qaldırılan problemlərin həlli istiqamətində ardıcıl fəaliyyət gələcək dövrdə də prioritet istiqamətlərdən biri olacaq.








#MilliMəclis #Deputat #CeyhunMəmmədov #Cəbrayıl #VətəndaşQəbulu
Subyekt.az