![]()
VII çağırış Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirmişdir. Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunmuşdur.
Subyekt.az xəbər verir ki, Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər, eləcə də infrastrukturla bağlı mövcud çətinliklər ətrafında geniş müzakirələr aparılmışdır. Deputat Azər Allahverənov bələdiyyə nümayəndələri ilə birlikdə sakinləri narahat edən məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparmış, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün konkret addımlar müəyyənləşdirmişdir.


Milli Majlis
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az