![]()
Bakı Tennis Akademiyasının stadionunda baş tutan bu minifutbol qarşılaşmasından əvvəl Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yoldaşlıq görüşündə deputatlar komandasının heyətində Milli Məclisin komitə sədrləri Şahin İsmayılov və Azər Əmiraslanov, deputatlar Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Samir Vəliyev, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev və Nurlan Həsənov yer alıblar.
Komandalar hər biri 15 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yoldaşlıq oyununda tərəflər bir-birinin qapısından bərabər sayda top keçiriblər. Görüş 6:6 hesabla başa çatıb.
Oyundan sonra hökumət və Milli Məclis üzvləri media nümayəndələrinə müsahibələr veriblər. Müsahibələrdə Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, belə idman görüşləri dövlət qurumları arasında həmrəyliyin, sağlam həyat tərzinin və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
_1778216838.jpeg)
_1778216838.jpeg)
_1778216839.jpeg)
_1778216840.jpeg)
_1778216840.jpeg)
_1778216841.jpeg)
_1778216841.jpeg)
_1778216842.jpeg)