![]()
25 aprel 2026-cı il tarixində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi tərəfindən təşkil olunan “II Regional Multidisiplinar Hematologiya Simpoziumu” uğurla baş tutdu.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən hematoloqlar, terapevtlər, laboratoriya mütəxəssisləri və digər tibb sahələrinin nümayəndələri iştirak edərək hematologiya sahəsində son yeniliklər, müasir diaqnostika və müalicə yanaşmaları barədə geniş müzakirələr apardılar.
Simpoziumun əsas məqsədi hematoloji xəstəliklərin diaqnostika və müalicəsində multidisiplinar yanaşmanın əhəmiyyətini vurğulamaq, regionlarda fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirmək və sahə üzrə biliklərin inkişafına töhfə vermək idi.
Tədbir çərçivəsində müxtəlif mövzularda elmi məruzələr təqdim olundu, interaktiv müzakirələr keçirildi və iştirakçıların sualları cavablandırıldı. Eyni zamanda, hematologiya sahəsində əldə olunan son nailiyyətlər və innovativ yanaşmalar diqqət mərkəzində oldu.
Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi gələcəkdə də bu kimi elmi platformaların təşkilini davam etdirməyi və regionlarda tibbi maarifləndirmənin gücləndirilməsini hədəfləyir.


















#ahmib #hematologiyamütəxəssisləri #hematoloji #qan #keşfet
Subyekt.az