![]()
Astana, 22–24 aprel 2026 — Qazaxıstan Respublikasının paytaxtı Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində təşkil olunan “RES 2026 EXPO” beynəlxalq sərgisində Azərbaycanın milli brendi “İstisu” mineral suları ölkəmizi uğurla təmsil edib.
Subyekt.az xəbər verir ki, Sərgi çərçivəsində “İstisu” markası təbii mineral su ehtiyatlarının qorunması, ekoloji davamlılıq və sağlam həyat tərzinin təşviqi istiqamətində təqdim etdiyi məhsullar və yanaşmalarla iştirakçıların diqqətini cəlb edib. Brendin stendi ziyarətçilərə Kəlbəcər bölgəsinin zəngin təbii sərvətlərindən əldə olunan mineral suların xüsusiyyətləri, keyfiyyət göstəriciləri və istehsal prosesi barədə ətraflı məlumat təqdim edib.
Tədbir müxtəlif ölkələrdən dövlət qurumlarını, beynəlxalq təşkilatları və ekoloji yönümlü şirkətləri bir araya gətirərək təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar üçün platforma yaradıb. “İstisu”nun sərgidə iştirakı Azərbaycanın təbii resurslarının beynəlxalq miqyasda tanıdılması və ölkənin ekoloji brend imicinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu cür beynəlxalq platformalarda iştirak gələcəkdə yeni bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, ekoloji məsuliyyət prinsiplərinə sadiqliyin nümayişi baxımından da önəmlidir.
Subyekt.az