![]()
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 8 may 2026-cı il tarixində Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Masallı rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Masallı rayon sakinləri 4 may 2026-cı il saat 14:00-dək 050-309-43-64 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
Qəbul 8 may 2026-cı il saat 11:00-dan etibarən Masallı şəhəri, Qarabağ küçəsi 17 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Subyekt.az