![]()
Bu gün Milli Cəbhə Partiyasının qərargahında növbəti vətəndaş qəbulu keçirilib. Subyekt.az xəbər verir ki, Millət vəkili Razi Nurullayev qəbul zamanı vətəndaşların müxtəlif sosial və hüquqi xarakterli müraciətlərini dinləyib.
Qəbul çərçivəsində Məmmədzadə Rəşad Qəşəm oğlunun təkrar müraciətinə baxılıb. Bildirilib ki, onun anası Zeynalova Ağbəniz Babası qızı 19 yanvar 2026-cı il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb. Millət vəkili ailənin yaşadığı ağır vəziyyətlə yaxından maraqlandığını, həm yas mərasimində iştirak etdiyini, həm də zərərçəkəni evində ziyarət etdiyini qeyd edib. Müraciət nəzarətə götürülüb və aidiyyəti qurumlar qarşısında məsələnin həlli istiqamətində tədbirlər görüləcəyi bildirilib.
Eyni zamanda, Ağayev Ədalət Məmməd oğlunun məşğulluq, xüsusilə qaynaqçı peşəsi üzrə işlə təmin olunma ilə bağlı müraciəti dinlənilib və ərizəsi qəbul edilib.
Göyçay rayon sakini Qəhrəmanova Ülviyyə Tahir qızı əvvəlki qəbul zamanı qaldırdığı məsələnin müsbət həll olunduğunu bildirərək təşəkkürünü ifadə etmək üçün görüşə gəlib.
İmişli rayonundan Qəhrəmanov Qəyyub Atamoğlan oğlunun məhkəmə-hüquq məsələsi ilə bağlı müraciəti də qəbul edilib. Qeyd olunan problem üzrə ərizənin hazırlanacağı və hüquqi çərçivədə zəruri köməklik göstəriləcəyi bildirilib.
Bununla yanaşı, İmişli şəhər sakini, müharibə veteranı Ağayev Qadir Əlixas oğlunun ailə və sosial məsələlərlə bağlı müraciəti dinlənilib və aidiyyəti üzrə tədbirlər görüləcəyi qeyd olunub.
Bildirilib ki, qəbul zamanı səsləndirilən bütün müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.




Subyekt.az