![]()
8–10 aprel 2026-cı il tarixlərində “Milli Pediatriya Dərnəyinin İlk Milli Konqresi” uğurla baş tutub. Yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən tədbir pediatriya sahəsində aktual mövzuların müzakirəsi, elmi təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Konqres çərçivəsində təşkil olunan hematoloji panel xüsusi maraqla qarşılanıb. Panelin moderatorluğu həyata keçirilib və müzakirələr zamanı hematologiya sahəsində müasir yanaşmalar, klinik təcrübələr və yeni tədqiqat istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən təqdim olunan çıxışlar və interaktiv diskussiyalar tədbirin elmi dəyərini daha da artırıb.
Qeyd edək ki, konqres müddətində müxtəlif ixtisas sahələrini əhatə edən sessiyalar təşkil olunub və bu sessiyalar pediatriya elminin inkişafına töhfə verəcək aktual məsələlərin müzakirəsinə şərait yaradıb.
Tədbirin təşkilatçılarına dəvət və yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edilir.






#hematologiyamütəxəssisləri #hematoloq #hematoloji
Subyekt.az