![]()
Kəlbəcər mədəniyyətinin və aşıq sənəti irsinin görkəmli nümayəndələrindən biri, ustad sənətkar Aşıq Yaşarın vəfatı xəbərini dərin kədər hissi ilə qarşılamışıq. O, bu gün haqqın rəhmətinə qovuşmuşdur.
Aşıq Yaşar həyatını aşıq sənətinin qorunmasına, yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə həsr etmiş, yaratdığı əsərləri və ifaları ilə bölgənin mədəni həyatında silinməz iz buraxmışdır. Onun zəngin yaradıcılığı və mənəvi irsi Azərbaycan mədəniyyətinin dəyərli bir parçası olaraq daim xatırlanacaq.
Aşıq Yaşarın vəfatı mədəniyyət ictimaiyyəti üçün böyük itkidir. Bu ağır gündə ustad sənətkarın ailəsinə, yaxınlarına və bütün sənətsevərlərə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Rövşən Hüseynli
Subyekt.az