![]()
Hər bir xalqın tarixində ictimai- siyasi problemlərlə yanaşı xalqın strateji inkişaf xəttini müəyyən edən,milli özünüdərkdən irəli gələn vəzəfələr vardır.
Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma başqa bir subyektin deyil, xalqın,millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üzərində köklənsin.Yəni bütün imkanlar elə səfərbər edilməli, elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində şəxsi maraqlarını da realizə edə bilsin,lakin kütləvi siyasiləşmə ifrat siyasi qarşıdurmalar qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir.
1990 cı illərin əvvəlində müstəqillik əldə etdikdən sonra daxili enerjini quruculuq işlərinə deyil,başqa səmtə yönləndirilməsi dövlətçiliyimizə ziyan vururdu.
Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli- mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu zaman dövlətçilik və milli ideologiya da eyni təməl üzərində- milli fikir zəminində formalaşır. Dövlər hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır.Dövlətçilik əhalinin xalqa, sakinlərin vətəndaşa çevrilməsi istiqamətində gedən prosesdir.
Azərbaycanın müstəqillik əldə etməsindən qısa vaxt keçdiyindən cəmiyyətdə gedən proseslərin vüsəti elə idi ki,insanlar tam dərindən düşünmək üçün macal tapmamışdılar. Milli düşüncə isə sabitlik,ətalət və ləngər tələb edir.
1990 cı illərin əvvəllərində yaranmış şəraitdən istifadə edənlər, xalqın milli hissləri ilə manipulyasiya edənlər, millətçi şüarlar dalğasında özlərinin də xəbəri olmadan siyasət arenasına çıxarılan adamlar doğrudan- doğruya siyasətçi olmaq iddiasına düşdülər. Emosiyalar çəkilib gedəndən sonra yerlərini bu sahədə təcrübəsi olanlara vermək əvəzinə nəyin bahasına olursa olsun yenə də meydanda qalmağı üstün tutdular. Azərbaycan siyasi sistemində diletantlardan ibarət müxtəlif qruplaşmalar meydana çıxmışdır.
“Hisslə yox, ağılla hərəkət etmək lazımdır…
‐ Lakin kimin ağlı ilə ?!
Heydər Əliyev belə bir şəraitdə siyasi təbəllüatlara uymadan ümummilli tərəqqi naminə böhranı aradan qaldırmağı, bu olduqca çətin, məsuliyjətli işi çiyinlərinə götürdü.
Milli qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu,onun ən böyük tarixi nailiyjəti olan müstəqilliyini təmin etdi. Bununla da ölkədə davam edən gərginlik və qarşıdufma səngidi.
1993- cü ildə MM iclasında etdiyi çıxışında H.Əliyev Azərbaycan dövlətinin gələcək strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqillik qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi.
Heydər Əliyev milli dövləgçiliyin konsepsiyasını yaratdı. Ən qısa müddətdə ölkədə istimai- siyasi sabitlik yarandı. Dünyada ölkəmizlə bağı müsbət fikir formalaşdı. Ulu Öndərin potensialı müstəqilliyimizin qarantına çevrildi.
H.Əliyevin şəxsiyyəti, özünəməxsus idarəetmə bacarığı, xarizması, qətiyyəti, uzaqgörənliyi təxribata son qoydu. Xalq Azərbaycan ideyası ətrafında birləşdi. Vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, problemlər mərhələlərlə həll olundu,əmin- amanlıq, ictimai sabitlik yarandı,sosial- iqtisadi, elmi- mədəni mühitdə əsaslı dönüş yarandı.Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
H.Əliyev 1993- cü ildə yenidən hakimiyyətə gələndə dövlət qurmaqdan daha çox qurduğu dövləti xilas etməyə və dövrün tələblərinə uyğunlaşdırmağa gəlmişdi, buna da naill oldu..
O, 1969 cu ildən etibarən Azərbaycan dövlətçiliyi strategiyasını həyata keçirməyə başlamışdı.
Bu gün Milli Qurtuluş Gününün təntənəsi müstəqil respublikanın davamlı inkişafında özünü biruzə verir.
Vəsilə Cəfərova
Kəlbəcər rayon 49 nömrəli tam orta məktəbin direktoru
Subyekt.az