![]()
Qubada faciə: Özünü kanala atan Elçin Kərimovun meyiti tapılıb.
Qubada intihar hadisəsi baş verib. 32 yaşlı Elçin Kərimovun meyiti bu gün səhər saatlarında Qubanın Gedik qışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalında tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Elçin Kərimovun 13 may tarixində özünü Samur-Abşeron kanalına atdığı bildirilirdi. Yerli sakinlərin verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Subyekt.az