![]()
Həqiqət Rzayeva Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. “Damğa” adlı satirik teatrında, Opera və Balet Teatrında, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində işləyib. Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” – Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Həmçinin “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub.
Həqiqət Rzayeva 1969-cu ildə vəfat edib.
Subyekt.az