![]()
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Subyekt.az xəbər verir ki, Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyi məlumat yayıb.
#Cəbhə #Zəngəzur #Göyçə #Dəmir_Yumruq #DöyüşAlnımızaYazılıb
Subyekt.az