![]()
Məmmədov Cahangir Atakişi oğlu 1935-ci il yanvarın 23-də Bakı şəhərində anadan olmuşdur. İlk şeirini orta məktəbin 4-cü sinfində oxuyarkən yazmış, “Pioner” jurnalının 1949-cu il tarixli sayında çap olunmuşdur. Sevil Qazıyevaya həsr etdiyi “Dan ulduzu” adlı pyesi isə onun ilk səhnə əsəridir. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun dramaturgiya şöbəsini bitirmişdir (1962). Şair, dramaturq Cahangir Məmmədli 1967-ci ildə “Əmək igidliyinə görə” medalı ilə təltif= edilmişdir. O, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Nəsimi folklor teatrı”- nın yaradıcısı, bədii rəhbəri və direktoru olmuşdur (1984-1992). Hazırda “Səhnə” qəzetinin baş redaktoru (1992-ci ildən), eyni zamanda Ş. Qurbanov adına Musiqili Komediya Teatrının ədəbi hissə müdiridir (1994- cü ildən). “Günəş” və “Müqəssirlər” dram əsərləri ən yaxşı pyeslər müsabiqəsində mükafata layiq görülmüşdür (1955). Onun “Dan ulduzu”, “Həyatın astanasında”, “Qaçırılmış qız”, “Həyətim mənim – həyatım mənim”, “Zəncirlənmiş Prometey”, “Ceyran bulağı”, “Ay qız, kimin qızısan”, “Sevməyə vətən yaxşı” pyesləri respublika teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur (1967-1982).
Əsərləri: “Kukla” (1961), “Ay mişar, tələs mişar” (1964), “Əbədi heykəl” (1964), “Heç belə də dost olar” (1972), “Mənim özbək qardaşım” (1977)
“Təkərli məktəb” (1979), “Günəşin nağılı” (1985) və s.
Araraşdırdı: AYNUR TURAN
Subyekt.az