
Asif Məhəmmədəli oğlu Quliyev 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumuna daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 4 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda “Yeganə yol” və “Məslək” qəzetlərinin xüsusi müxbiridir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bədii yaradıcılığa orta məktəb illərində başlamışdır. İlkin publisistik fəaliyyəti dövründə “Yeni Ordubad”, “Yeni həyat”, “Sovet Naxçıvanı”, “Sosialist Sumqayıtı” qəzetləri ilə əməkdaşlıq etmişdir.
Əsərləri: “Ürəkdə od varsa” (1992), “Bu da bir taledi” (1997), “Ömrümə-günümə açılan yollar” (2002), “Bitməyəcək ölənəcən bu sevdam” (2004), “Unutsaq unudularıq” (2006), “Mənim Dəniz sevgim” (2009), “Biz niyə vaxtında görüşməmişik…” (2014) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az