Skip to content
06 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Tarixdə bu gün
  • Tarixdə bu gün – 7 May
  • Tarixdə bu gün

Tarixdə bu gün – 7 May

07 May 2024
Без названия (2)
1

Loading

  7 may radionun yaranma günüdür.

***

7 may 1915-ci ildə İngiltərənin transatlantik “Lusitania” gəmisi Birinci Dünya Müharibəsi zamanı Atlantik okeanında Almaniyanın bir sualtı gəmisi tərəfindən batırıldı.

  Hadisə zamanı 1198 nəfər həlak oldu.

  ***

7 may 1945-ci ildə alman generalı Alfred Jodl Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı sənədi imzaladı. Bununla da İkinci Dünya Müharibəsi sona çatdı.

 ***

   1990-cı ilin 7 may tarixində Türkiyədə ilk özəl televiziya kanalı test yayımlarına başladı.

 ***

7 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

 

 7 Mayda doğulan  Şəhidlər

 Hüseynov Pencalı Bəhmən oğlu

Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur. Pencalı 2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə başlamışdır. Mülayim, xoşrəftar, mehriban olması ilə müəllim və şagirdlərin hörmətini qazanmışdı. 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Pencalının ev heyvanlarına xüxusi marağı vardı.

 

Pencalı Hüseynov 2 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanmışdı. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib. 2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət almışdır. 26 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak etmişdir. O, Murovdağ və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Pencalı Hüseynov 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn olunmuşdur.

 

 

 

 

 

 

Məmmədsalahov Kazım Sahib oğlu

Kazım Məmmədsalahov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında uzun müddət idi ki, müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Kazım Məmmədsalahov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü-mexanik olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kazım Məmmədsalahov 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

 

 

Namazov Elməddin Nəsib oğlu

Elməddin Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Ailədə iki bacı, bir qardaş olublar.

2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib.

2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 

 

 

 

 

 

 

 

Subyekt.az

Continue Reading

Previous: Sumqayıt şəhər sakini itkin düşüb
Next: Odlar ölkəsi-Azərbaycan

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Türkmənistanın xarici işlər naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında görüş keçirilib
  • Hərbçimiz Kəlbəcərdə əsgəri xilas etdi, özü həlak oldu
  • Sabah aramsız yağış yağacaq
  • Sabah Ermənistanda 2,4 milyon insan səs verəcək
  • Elşad Musayev vətəndaşları qəbul etdi

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

715651475_1321912320029866_8976406634785626662_n
  • Mədəniyyət
  • Ölkə

Türkmənistanın xarici işlər naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında görüş keçirilib

06 İyun 2026
1780737508765-a5699de901ce-content-1
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Hərbçimiz Kəlbəcərdə əsgəri xilas etdi, özü həlak oldu

06 İyun 2026
image_940x_6a23e4f8a8730
  • Ölkə

Sabah aramsız yağış yağacaq

06 İyun 2026
ermenistan_secki
  • Dünya
  • Xəbərlər

Sabah Ermənistanda 2,4 milyon insan səs verəcək

06 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.