![]()
Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığı Sərəncam bu gündən qüvvəyə minib. Verilən məlumata görə, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən bugünədək 345 manat təşkil edirdi.
Subyekt.az