![]()
Bayramov Tofiq Qulam oğlu 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961), M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), “Ulduz” jurnalı redaksiyasında (1964-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir. A.T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988). Tofiq Bayram 1991-ci il aprelin 19-də vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.Tofiq Bayram azərbaycan Yazıçılar Birliyinin üzvü,əməkdar incəsənət xadimidir.
Əsərləri: ”Ana təbəssümü” (1961),”Mənim şair xalqım” (1963),”Sizi düşünürəm”
(1964),”Azərbaycan dünya gəzir” (1965),”İnamım, əqidəm” (1969),”Gərək elə yanım”
(1971),”Azərbaycan deyəndə” (1974),”Səninlə görüşəndə” (1977), ”Əsrin oyunu”
(1979), ”Könlümdə yaşayanlar” (1980),”Məsləkim-silahım” (1984), ”Ay gecikən
məhəbbətim” (1987) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az