![]()
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 5 dekabr 2024-cü il tarixində imzalanan Fərmana əsasən, Naxçıvan Sənaye Parkı yaradılmışdır.
Fərmanın 5.1. maddəsinə əsasən, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 (üç yüz on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi nəzərdə tutulmuşdur. Bu Fərman da, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaq etibarı ilə ölkənin milli iqtisadiyyatın tam və dolğun inteqrasiya olunması sahəsində mühüm bir addım oldu.
Hələ 13 sentyabr 2019-cu il tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye Məhəllələri və ya Parklarının yaradılması da nəzərə alınmışdır. Yəni dövlətin iqtisadi prioritetlərində Naxçıvan Muxtar Respublikasının uzunmüddətli sosial-iqtisadi inkişafı məsələləri strateji məsələ olaraq yer almaqdadır. Təbii olaraq, bütün bu məsələlərin səmərəli şəkildə olmaqla, tənzimlənməsi, Sənaye park və Məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə də özünü göstərmiş olacaq.
Bununla yanaşı olaraq, 5 iyun 2023-cü il tarixində, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət proqramında da, muxtar respublikanın davamlı makroiqtisadi inkişafında Sənayeləşmə siyasətinin əhəmiyyəti aktuallığı ilə seçilmiş və burada Sənaye Park və Məhəllələrinin yaradılması da məıqsədəuyğun hesab olunmuşdur. Eyni zamanda, 15 sentyabr 2023-cü il də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə qərarında da “İxracyönümlü sənayenin inkişafı” adlı VIII maddəsinin müddəalarına əsasən Sənaye Parkının yaradılması nəzərdə tutulmuşdur.
Prezidentin Fərmanına əsasən yaradılmış olan Naxçıvan Sənaye Parkının əhatə edəcəyi ərazinin xarakterik xüsusiyyətlərinə nəzərə saldıqda aydın olur ki, burada, muxtar respublikanın əsasə əkinçilik bölgəsi olan Arazboyudüzənlik sahəsi yerləşir ki, bu da, əkançilik məhsullarının 90 faizini özündə cəmləşdirməkdədir. Bu o demək olur ki, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün kifayət qədər xammal ehtiyatları mövcud olacaq və bununla da, mezoiqtisadi baxımdan başlanmış olan potensial makoriqtisadi inkişaf üçün davamlılıq gətirəcək. Bu isə, təbii olaraq, onun sənaye əhəmiyyətinin yüksəldilməsində həlledici mərhələni təşkil etmiş olacaq.
Digər tərəfdən, Naxçıvan Sənaye Parkının yaradılması, 2019-cu ildə yaradılmış olan Şərur Sənaye Məhəlləsinin də fəaliyyətində motivasiya və hərəkətlənmələri, bununla da, iqtisadi səmərəliliyi daha da yüksəltmiş olacaq. Həmçinin bu, muxtar respublikanın digər regionlarında da, yeni dayanıqlı kənd təsərrüfatı məhsullalrının yaradılmasına və bu əsasda da, sənaye əhəmiyyətli məhsulların istehsalının stimullaşdırılmasına təkan vermiş olacaq.
Beləliklə, Naxçıvan Sənaye Parkının da yaradılması, bir tərəfdən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olacaq, bir tərəfdən zəruri infrastruktur təchizatlarının yaradılmasına təkan verəcək, bütün tərəflərinə görə isə, muxtar respublikanın yeni reallıqlar müstəvisində etibarlı vədayanıqlı iqtisadi inkişafında yeni mərhələni təmin etmiş olacaq.
Xeyirli olsun.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Subyekt.az