![]()
“Mənim fikrim odur ki, sosial yardımlar, müavinətlərin miqdarı daha çox artsın. Amma bu, bizim büdcəmizdən asılıdır, büdcəmizdə nə qədər vəsait varsa, ona uyğun da onlar artır. Hazırda büdcədə olan vəsaitlər ədalətli bölünüb”
Subyekt.az xəbər verir ki, Bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
Millət vəkili bildirib ki, bu müavinət məsələsi komitələrdə müzakirə olunub, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi artıq ikinci oxunuşdan keçib, ona görə də hər hansı əlavə dəyişiklik gözlənilmir: “Dövlətimizin büdcəsi genişləndikcə sosial yardımlar da artmalıdır. İndi nə qədər imkan var, o qədər artıb. Gələn ilin büdcəsi sosialyönlü büdcədir, 20.3 faiz bizim müdafiə və təhlükəsizlik xərclərimizdir. Eyni zamanda, Qarabağda bərpa və quruculuq işlərinə gələn il 4 milyarddan çox vəsait gedəcək. Amma xərclərin 41 faizi məhz sosial xərclərdir”.
#MilliMəclis #MillətVəkili #ElşadMusayev
Subyekt.az