Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • “ŞƏKƏRİ AZALT, ÖMRÜNÜ UZAT!”
  • Xəbərlər

“ŞƏKƏRİ AZALT, ÖMRÜNÜ UZAT!”

27 Aprel 2024
WhatsApp Image 2024-04-26 at 21.06.53
7

Loading

“Qida Təhlükəsizliyi” 

Simpoziumu keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib.

Subyekt.az xəbər verir ki, ADA Universitetində baş tutan tədbirdə layihə çərçivəsində görülən işlərə dair hazırlanan tanıtım videoçarxının nümayişi olub.

Simpoziumda Agentlik sədrinin müavini Zəkiyyə Mustafayeva ölkədə qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. Bildirib ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, ll tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyini qeyd edib.

Daha sonra açılış nitqi ilə çıxış edən ADA Universitetinin Kənd təsərrüfatı və qida fakültəsinin dekanı Matteo Vittuari Agentliklə Universitet arasında əməkdaşlıq perspektivlərindən danışıb.

Tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan paneldə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov,  həkim-diyetoloq Tutu Zeynalova və qida üzrə mütəxəssis Fərid Səfərov çıxış edib. “Şəkər istehlakının azaldılması yolları” mövzusunda baş tutan ikinci paneldə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramların rəhbəri dr. Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, həkim-pediatr Qoşqar İsmayılov, və araşdırmaçı, marketinq eksperti Orxan Şahbaz çıxış edib. Eyni zamanda müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.

WhatsApp Image 2024-04-26 at 21.06.55 (1)
WhatsApp Image 2024-04-26 at 21.06.55
WhatsApp Image 2024-04-26 at 21.06.54 (1)
WhatsApp Image 2024-04-26 at 21.06.52
WhatsApp Image 2024-04-26 at 21.06.53 (1)
WhatsApp Image 2024-04-26 at 21.06.54

Subyekt.az

Continue Reading

Previous: Sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları
Next: “Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik.”

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Şvabe cızılmış val kimi yenə eyni əyridədir
  • Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib
  • 107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

c87bb308-06e3-4041-aad5-832ebc2f3900
  • Ölkə
  • Xəbərlər

Şvabe cızılmış val kimi yenə eyni əyridədir

25 İyun 2026
1
  • Mədəniyyət
  • Ölkə

Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib

25 İyun 2026
730695916_1541382440824389_6950220559591680757_n
  • Kriminal
  • Ölkə

107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

25 İyun 2026
venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.