Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • “Azərbaycan-Rusiya əlaqələri …”
  • Xəbərlər

“Azərbaycan-Rusiya əlaqələri …”

25 Aprel 2024
Без названия (1)
6

Loading

Bu gün Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlətimizin başçısının Rusiyaya ardıcıl səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Rusiya Federasiyasına növbəti işgüzar  səfəri də münasibətlərimizin yüksək səviyyədə olmasının daha bir göstəricisidir. Səfər çərçivəsində Prezident İlham Əliyev aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə  görüş keçirdilər.  Prezident İlham Əliyev görüşdəki çıxışında bildirdi ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Qeyd etdi ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.

İki ölkə arasındakı münasibətlərdən danışan dövlət başçımız vurğuladı ki, artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Gündəlikdə nəqliyyat komponenti də var. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.  Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir.

Tarixən iki ölkənin əməkdaşlığı məsələlərinə toxunan dövlət başçımız diqqətə çatdırdı ki,  Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM-ın tikintisində fəal iştirak ediblər. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar.

Prezident İlham Əliyev xatırlatdı ki, ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.

Dövlət başçımız çıxışında perspektiv əməkdaşlıq istiqamətləri barədə də danışaraq bildirdi ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir.

Qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.  Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi isə iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, yaradılmış geniş hüquqi baza ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Jalə Əhmədova

Subyekt.az

Continue Reading

Previous: İSMƏT VƏ SAFLIQ SİMVOLU – KƏLAĞAYI – AYNUR TURAN YAZIR
Next: Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə…

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Fazil Mustafa: Şvabe cızılmış val kimi yenə eyni əyridədir
  • Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib
  • 107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

c87bb308-06e3-4041-aad5-832ebc2f3900
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Fazil Mustafa: Şvabe cızılmış val kimi yenə eyni əyridədir

25 İyun 2026
1
  • Mədəniyyət
  • Ölkə

Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib

25 İyun 2026
730695916_1541382440824389_6950220559591680757_n
  • Kriminal
  • Ölkə

107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

25 İyun 2026
venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.