Skip to content
15 Noyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Qar altından baş qaldıran növruzgülüm Kəlbəcər! 
  • Xəbərlər

Qar altından baş qaldıran növruzgülüm Kəlbəcər! 

25 Noyabr 2024
321
2

Loading

25 noyabr – Kəlbəcərin azad edildiyi gün!

BAĞRINDA MÜKAFAT GİZLƏNƏN İMTAHAN

Qar altından baş qaldıran növruzgülüm Kəlbəcər!

Azadlığın həb, neştərli yaralardan pöhrələyən “bar” kimisən, Vətən!

…Payızın ən gözəl melodiyasını tapdım: Kəlbəcər azaddır! Bu azadlığın dadını çıxarmaq üçün illər boyu yol gəldik. Yol dediyim də hamar deyildi ha! Şüşə qırıqları üstündə gəldik sanki: ayağı, ürəyi qan verə-verə ömür köhləninin yorulan çağında müjdəli bir xəbərlə qaysaq bağladı illərin sağalmaz yaraları.

Bir payız səhərində (25.11.2020) günəş doğdu qürubda olan arzularımızın üzərinə.

Bizim olan bizə qaytarıldı.

İlahi, necə möhtac imişik bu xəbərə! Qar altından baş qaldıran növruzgülüm – Kəlbəcər! Azadlığın həb kimidi. Neştərli yaralardan pöhrələyən “bar” kimisən, Vətən!

Röyamı, xəyalmı, ya gerçəkdimi?! Kəlbəcər azaddır! Uzatsam əlimi, əlinə çatar.

Dərbədər ruhumuzun ev-eşiyi, laylalı beşiyi bir ocaq başına toplayan ana yurdumuz!

Səadət bu imiş, sən demə. Bizə bu xoşbəxtliyi yaşadanlara minnətdarıq! Kəlbəcərin öz hürriyyətinə qovuşmasında imzası olanlar, başınız ucadır! Bizim də başımızı uca etdiniz! Şəhidlərimizin ruhu şad, məqamı uca olsun! Qazilərimizə Allah şəfa versin, amin! Bizi həm boynuburuqluqdan, həm də boyunduruqdan, gözükölgəli yaşamaqdan xilas edən, basılmaz ordusu, var ol!

Bu gün dağlarda Vətənin keşiyini çəkən igidlərimiz, dağlar sizə, siz də Allaha əmanət olun!

Bu gün Ənvər Rza ruhu şaddır:

Xəyalım bulud tək burdan ötəndir,

Soruş: “Saçındakı bu dən nə dəndir?”

Yanmayıb, qəlbimi yandıran təndir,

Nə yaxşı görüşdük, nə yaxşı yenə…

Vüsalın nigaran, nagüman könlümüzün məlhəmi oldu, Kəlbəcər! Səndən uzaqlarda xoşbəxtliyə tamarzı idik. Nitqimizin ah yeri, gözlərimizin bahar buludu idin. Daha xoş müjdəli sabahımızsan. Ey ulu diyar. Qoynun gözəlliklər məskənidir.

Baharın minbir çiçək qoxulu, zimistanın ağ inci misalı.

Əzəməti ərşə çatan dağlarla qol-boyun olmuş, ana-ata bilib qoynuna sığınmış cənnətdən bir parçamsan!..

Qaynar gözlü bulaqların kimi, çiçəyin də məlhəmdi. Vəsfinə nə sözün qüdrəti çatar, nə ağuşunda gizlətdiyin gözəlliklərin tükənər.

30 illik ayrılığın hansı çğına boylansaq, orada hicranın qor basmış yaraları var.

Dünyanın ağır yüküymüş Vətənsiz, yurdsuz yaşamaq. Sanki qanadların var uçmağa, amma göy üzün yoxdu. Bu dağdan ağır dərdlərlə illər boyu “yaşadıq”, buna yaşamaq demək mümkünsə.

Kəlbəcər bizim üçün sabah-sabah evdə körpə uşaq qoyub çıxan ananın geri dönüşündə od-alovun içindən əl uzadıb çıxara bilmədiyi südəmər körpəsi idi. Nə oddan o körpəsini xilas edə bilirsən, nə də o dərdlə yaşaya.

Di gəl, bu candan can qoparan iztirabların içində ümid tap, ətəyindən yapış.

Ağrı-acı, məhrumiyyətlərlə dolu bir qərinə ömür qaldı arxada. Vətən deyəndə dodaqları pörşələnən Sücaətin, Bəhmənin gözümüzün yaşını, könlümüzün dərdini sözə çevirib, ayrılığa tab etməyən ürəkləri əbədi susdu. Əlləri Kəlbəcərə uzanılı Haqqa qovuşdular. Eləcə də neçə-neçə digər yurddaşlarımız qaçqın-köçkün damğalı çadırlarda, yataqxanalarda, hətta insan yaşaması mümkün olmayan qeyri-yaşayış yerlərinə sığınan kəlbəcərlilərimiz əbədiyyətə qovuşdu, doğma ata yurduna yox.

Bu gün o nigaran ruhlar şaddır. Dünya gözü ilə doğma yurdunu görmək nəsib olmasa da, ona şaddır ki, balaları, nəvələri doğma yurdlarına qayıdacaq. 30 il yandırılmayan, odu sönən ocaqların odu yanacaq. Dağlara təzədən ləpir düşəcək. Yağının izləri silinəcək ata-baba yurdumuzdan.

Axar-baxarlı, qonaqlı-qaralı yaylaq yerləri yenidən qucaq açacaq aran ellərinə.

İllər boyu sükunətə bürünən Kəlbəcərdən toy sədası ucalacaq.

Bəxtəvər günlərin şəninə şeirlər yazılacaq, nəğmələr qoşulacaq.

Təqvimin bu günü həyatımızda toy-bayram kimi keçəcək. Susacaq silahlar! Dağlar daha diksinməyəcək qəfil güllə səslərinə. Daha möhkəm yapışacağıq dağların ətəyindən, bir də ki, illərdi dağların da həsrət qaldığı çoban tütəyindən…

Büsutuna bənzər Murovdağdan rəvan yol gedəcək üzü dağlara. Yeni tunellərlə Kəlbəcərə yola alan kəlbəcərlilərim, Tərtərin, Tutqunun fəryadı vüsal nəğmələri ilə əvəzlənəcək. Baharında minbir çiçək açan al-əlvan yaylaqları yenə də göz oxşayacaq. Sonra bəhəri bol yay gələcək yurdumuza. Sonra… qızıl payız, ağ örpəkli gəlin kimi dağların qarlı-boranlı qışı qapını döyəcək, bəyaz örtüklü evlərin bacasından tüstü qalxacaq.

Həsrət yanacaq o ocaqlarda.

Sonra… sonra ağ vərəqlərə siyah telli mürəkkəblə xoşbəxt günlərdən bax beləcə – ürək döyüntülü esselər, şeirlər, dastanlar, nağılabənzər həqiqətlər yazılacaq.

Eheeey, Dədəm Qorqud! Dağlara payızda da, qışda da bahar gəlir!

Sən də gəl, ulu ozan, Dədəm mənim! Atalarımızın gedib çata bilmədiyi yurdumuza sən gəl! Gəl ki, zirvələrdə dalğalanan üçrəngli bayrağı ucaldan ərənlərin ruhları şad olsun!

…Kəlbəcərlilərin “məmə deyəndən, pəpə yeyənədək” şeirlə qidalandağını dünya-aləm yaxşı bilir. Kimi dindirirsənsə sənə qafiyəli cavab verir.

BDU-nun dosenti, şeirləri ilə dağların da yuxularını ərşə çəkən şair Ələmdar Cabbarlının bir bəndini fikrimin bu yerinə bənd eləmək istədim:

Bircə gün də kövrəlməyə bilmirəm,

Ha deyirəm mətin olum, a dağlar!

Səndən ayrı mən bəxtəvər, bəxtiyar

Çətin olum, çətin olum, a dağlar!..

Bu da Kəlbəcər!

Allahım! Kəlbəcərin həsrətini çəkən qələmlilər görün necə tərənnüm edəcəklər doğma diyarımızı!..

Nigar QAYBALIYEVA (İmamverdiqızı),

“Yenilik-press” qəzetinin redaktor müavini

Continue Reading

Previous: Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
Next: Apple” İndoneziyada “iPhone” satışına qoyulan qadağanı aradan qaldıra bilmədi

Arxivlər

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

Son Yazılar

  • Leyla Əliyeva Türk dünyasında qadın liderlərinin tədbirində iştirak edib
  • Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
  • Kəlbəcər şəhidi Novruz Həsənovun xatirəsi Suraxanıda əbədiləşdirildi – adına sinif otağı yaradıldı
  • Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir
  • 15 NOYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Leyla Əliyeva Türk dünyasında qadın liderlərinin tədbirində iştirak edib

15 Noyabr 2026
899331888_29135128462813432_2213066382571848355_n
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib

15 Noyabr 2026
file_00000000e77081f4849bc548e00a2580
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Xəbərlər

Kəlbəcər şəhidi Novruz Həsənovun xatirəsi Suraxanıda əbədiləşdirildi – adına sinif otağı yaradıldı

15 Noyabr 2026
17946443851622025500_1200x630
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

14 Noyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.