Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • BELƏ ÖMRÜ KİŞİLƏR YAŞAYIR
  • Xəbərlər

BELƏ ÖMRÜ KİŞİLƏR YAŞAYIR

08 Aprel 2024
WhatsApp Image 2024-04-08 at 21.16.35
17

Loading

Quliyev Mahir İbrahim oğlu 1969-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə sənədlərini verib qəbul olunanda bir boy ucalan Mahir haradan biləydi ki, Vətən göylərini tutan qara bulud ağ yağışdan yox, qapqara günlərimizin yaxınlaşmasından soraq verir.

Hərbi təhsilini başa vurub Volqaqradda qulluq edəndə Vətən torpağı ermən qaniçənlərinin təcavüzünə məruz qaldı. Mahir Vətənə döndü. Goranboy, Laçın, Füzuli döyüşləri onu çox sınağa çəkdi…

Son döyüşü 1993-cü il aprel ayının 9-da Murovdağda oldu.

Subay idi…

*

Neçə vaxt idi ki, Umudlu döyüşlərində itkin düşən Elxanı soraqlayan İmran kişiyə verilən şad xəbər bütün Kəlbəcərə yayılmışdı. Danışırdılar ki, İbrahim kişinin oğlu Mahir Füzuli ətrafından xəbər göndərib ki, Elxan sağ-salamatdır. Ağır yaralanıb, ermənilər onu girov aparıblar ki, Ayriyan Arkadi adlı bir erməni əsiri ilə dəyişdirsinlər. Hələ ki, əli balasına çatmayan ana üzünü göylərə tutub Mahiri qəfil qadalardan qorumaq üçün Allaha yalvarırdı. Pərinin bu alqışına bütün el-oba səs vermişdi: «Tanrı səni qorusun, Mahir…»

İllər ötdü, fəsillər dəyişdi. Bu illərdə çox qəzavü-qədərlə üzləşməli olduq. Bu illərin qan rəngli günlərinin birində Mahirimizi də əlimizdən aldı qəfil güllələr. Amma bilmədik güllə hansı yandan açıldı. Kimin gülləsi idisə bilmədik. Bildiyimiz o oldu ki, o güllələri atan namərddi, arxadan atdığına görə. Axı, igidi arxadan vurmazlar…

Möcüzə bir oğul

Mərhum şairimiz, Azərbaycanın azadlığı uğrunda ömrünü məşələ çevirən Xəlil Rza Ulutürkün Mahir Quliyev haqqında qələmə aldıqlarını oxuduqdan sonra cəsarət edib bir kəlmə belə yaza bilmədim. Amma elə bildim ki, Mahirimizi yenidən kəşf etdim.

«…Sən qoynunda göz açdığın təbiət kimi möcüzə bir oğul idin, Mahir. O qıjıltılı çaylar, daşdan-daşa çırpılan dupduru sular, memar əllərindən çıxmış təki o sivri, sal qayalar, min illər boyu duran daş mağaralar, o daş kahaların ağzında, yanında, yançağında bitən qar çiçəyi, qız bənövşə-qan bənövşə kimi möcüzə Mahirim. Məğrur qartal təki günəşə, ənginliklərə doğru qanadlandığın halda namərd gülləsinə rast gələn Mahirim.

…O cənnətməkan yerlərin düşmən tapdağına keçməsinə dözə bilməzdin, onu bilirdik. Sən qorxmaz, cəsarətli, qeyrətli idin ki, səni arxadan vurdular. Düşmən sənə bata bilməzdi, səni nakişi gülləsi saxlamasaydı. Eşidəndə ki Kəlbəcər işğal olunur, dözmədin. Birbaşa qara hədəfə doğru uçdun, uçdun və Murovun qanlı, qarlı zirvəsi ömrünün son anlarının şahidi oldu.

Mahir, sənin döyüş yolunu addımbaaddım gəzib dolaşanlar kimi danışıram. Səni hər an düşmən üstünə şığıyan görürəm. Və birdən…

Yox, yox, dilimə gətirə bilmirəm vurulduğunu. Axı, sənə necə qıydı namərdlər? Sən Murovu keçib «Qaragöl» yüksəkliyini tutmaqla Kəlbəcəri yağılardan xilas etmək istəyirdin. Ona görə yaralanmış komandirini (qərargah rəisini) Gəncə qospitalına çatdırıb on bir nəfər könüllü ilə birlikdə bu məqsədlə Murova döndün. Sənə tuşlanmış düşmən gülləsinin səmtini bilsəydin, verərdin cavabını. Amma bilmirdin ki, irəli gedəni arxadan vurmaq da var. Nə biləydin. Belə alçaqlığı ağlına haradan gətirəydin?

Bu da 10 aprel 1993-cü il. Bakı şəhəri Şəhidlər xiyabanı. Səni canından artıq sevdiyin torpağa tapşırırıq. Hamı matəm libasındadır…».

Mahir, «onsuz da ömrün vəfası yoxdu…» «Amma bizə pay kimi verilən ömrümüzü elə yaşayırıq ki, özümüzdən sonrakı hissəsi gödək olur. Sənin iyirmi üçillik ömür payın nə qədər acılı-şirinlidirsə, bir o qədər də uzundur, yadda qalandır. Belə ömürləri kişilər (hər başına papaq qoyub «kişiyəm» deyənlər yox) yaşayır.

Dəstəniz Laçından qayıtmışdı. Kirs dağında başınıza gələnləri danışır, Ağdamda sizə «moizə» oxuyan bir generalın gözünün içinə «Siz Vətən xainisiniz, mühakimə olunmalısınız!»- dediklərini xatırlayır və addımbaşına qarşılaşdığınız satqınlıq və xəyanətlərlə bacarmadığınızı, torpaqlarımızın hərraca qoyulmasına dözmür, qorxub-çəkinmədən hər şeyi açıq deyirdin. Və qorxmurdun ki, bu qeyrətin səni xəyanət gülləsinə tuş gətirə bilər.

Goranboy döyüşlərində düşmənin bir zirehli maşınının heyətini iki nəfərlə məhv edib texnikalarını qənimət gətirdiyini də bilirik, həmin vaxt göstərdiyin şücaətə görə mükafata təqdim olunduğunu da. Xəbər tutanda ki səni mükafata təqdim ediblər, imtina etdiyini də başa düşdük. Həlak olan döyüşçü dostlarının xatirəsini əziz tutduğunu bununla sübut etmişdin.

Kəlbəcər dərdi kəlbəcərliləri bir-bir aparır aramızdan. Sənin kimi igidlərini itirən Kəlbəcər düşmən tapdağında hələ də inildəyir. Bu iniltilərin arasında Kəmalə Eldar qızının, Zübeydə xalanın sızıltılarını eşidirsənmi? İbrahim əmi kişi qüruruna sığışdırıb ağlamır. -«İgidi ağlamazlar», – deyir.

Qardaşın Əlövsət müəllim dərdli kəlbəcərlilərin təsəlli ocağına çevrilən «Azərnəşr»də çox sızıldayan yaralara məlhəm etsə də, öz dərdini açıb-ağartmayıb. Mahir adını tək çəkməyə qoymayıb.

Adın Kəlbəcərlə qoşa çəkilir, qardaş. İyirmi üçillik ömrünü alnıaçıq, üzüağ yaşayan kəlbəcərlim. Sənə qıyan düşmənin tətik çəkən əli qurusun.

Məhəmməd Nərimanoğlu,

“Yurd göynərtisi” kitabı

Subyekt.az

Continue Reading

Previous: Şeyx yeni sədri təbrik etdi
Next: Hərbçi valideynlərinin ürəyinə su səpəcək məlumat

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • 25 İyun – Dənizçilərin Peşə Bayramı Günüdür
  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi
  • Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Ölkə

25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

25 İyun 2026
728234850_26744701431874864_2948647247671084066_n
  • Tarixdə bu gün
  • Xəbərlər

25 İyun – Dənizçilərin Peşə Bayramı Günüdür

25 İyun 2026
730332557_1000531149267840_6189689290590127798_n
  • Ölkə

25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

24 İyun 2026
screenshot_3_01
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi

24 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.