
Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü- nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 avqust 2007-ci ildə № 2356 Sərəncam imzalamışdır. Sərəncamda nəzərdə tutulur ki, müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il 9 iyulda Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, hər il 9 iyul Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilsin.
Bu günkü bayram təbrikinə layiq şəxsiyyətlərdən çox hörmətli, ziyalı keçmiş səfir Eldar Həsənovun da haqqı və payı var. Səfir olduğu ölkələrdə Azərbaycanla dostluq əlaqələrini ən üst səviyyəyə çatdırmağı bacaran Eldar Həsənov həmin ölkərərdə Azərbaycanımızın dahi və tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi və mədəniyyət ocaqlarının yaradılmasında əvəzsiz xidmətləri var. Ulu Öndər Heydər Əliyevin adını daşıyan park və abidələri, Üzeyr Hcıbəyov və Hüseyn Cavidin adının əbədiləşdirilməsi sabiq səfirin danılmaz xidmətləri sırasındadır.
Bu gün ömrünün ahıl çağında məhbəsdə olan Eldar Həsənovun tezliklə azadlığa qovuşması ümidlərimiz sonsuzdur. Dəyərli insan, Azərbaycanın ləyaqətli övladı və ziyalısı, Eldar müəllim Həsənov, sizi məhbəsdə olsanız da, sizi təbrik etməyi özümə mənəvi borc bildim. Bizlər vətənə xidmət etməyi, onu candan artıq sevməyi sizdən öyrəndik.
Sizdən Ali Baş Komandana sədaqəti və ehtiramı gördük, götürdük.
Peşə bayramınız mübarək! Azadlıqda görüşmək diləyi ilə, Allah tezliklə qapınızı açsın, deyirik.
Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki səksəndən çox ölkədə diplomatik nümayəndəliyində çalışan diplomatlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayıram!
Rövşən Hüseynli
Subyekt.az