880-dən çox şəxsi məşğulluq tədbirlərinə cəlb edib
04 Oktyabr 2025
Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş 880-dən çox şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
Onlardan 811 şəxsin məşğulluğu təmin edilib (o cümlədən 40 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 72 sakin isə peşə kurslarına cəlb olunub.