![]()
Talassemiya valideynlərdən uşaqlara irsi yolla keçən ağır qan xəstəliyidir. Bu zaman orqanizmdə hemoqlobinin normal sintezi pozulur və xroniki qanazlığı yaranır. Xəstəlik erkən yaşlarda özünü göstərdikdə uşaqlarda fiziki və zehni inkişafın ləngiməsi, üz skeletində dəyişikliklər, tez-tez infeksiyalara yoluxma və yüngül sarılıq müşahidə oluna bilər.
Sağlam gələcəyin başlanğıcı məlumatlı seçimdən keçir. Talassemiyanın qarşısını almağın ən təsirli yolu nikahdan öncə və hamiləlikdən əvvəl genetik müayinədən keçməkdir.
Sağlam nəsil üçün bu gündən addım ataq, gələcəyimizi birlikdə qoruyaq!
Subyekt.az