![]()
Bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze yerli mediaya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yaralı gəncin həyatını xilas etmək üçün əməliyyat keçirilsə də, həkimlərin səyləri nəticə verməyib:
“Xəstəyə cərrahi müdaxilə olundu, travmatologiya şöbəsində bütün zəruri prosedurlar aparıldı. Lakin əməliyyatlardan sonra axşam saatlarında pasiyent vəfat etdi”, – deyə Papuna Baxtadze bildirib.
Beləliklə, Qardabanidə baş verən ağır yol qəzasında ölənlərin sayı 8-ə yüksəlib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində həyatını itirən gənclərdən 5-nin Qaraçöp elindən, 3-nün isə Qardabanidən olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırma aparılır.
Subyekt.az