Qanunsuz saxlanılan odlu silahlar təhlükə mənbəyidir. Bu məqsədlə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 5 tüfəng, 41 patron darağı və 1706 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Elşad Hacıyev
Subyekt.az