![]()
Birləşmiş Millətlər Təşkilatı 2018-ci il dekabrın 20-də qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilməsi barədə qərar verib.
Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır.
Subyekt.az