![]()
Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu yük gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumun görüntüləri yayılıb.
Subyekt.az “Yeni Sabah” -a istinadla xəbər verir ki, kadrlarda gəmilərdən birinin vurulma anı və sonrakı partlayış əks olunub.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Türkiyədən Rostov-Dona hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri PUA hücumuna məruz qalıb. Hər iki gəmidə ümumilikdə 25 Azərbaycan vətəndaşı çalışıb.
Hadisə nəticəsində 5 azərbaycanlı dənizçi həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, sağ qalan ekipaj üzvləri ərazidən keçən gəmilər tərəfindən xilas edilərək təhlükəsiz yerə çatdırılıblar.
https://bax.tv/son-xeberler/5-azerbaycanlinin-olduyu-hucum-ani-223397?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler
Subyekt.az