
Abdullayev Arif Əbdürrəhman oğlu – şair, nasir, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977). Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002). Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972). 2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir.
Əsərləri: “Arzular”(1964), “Könüllərin dünyası” (1966), “Hər yerdə, hər zaman” (1969), “Ana dünyamız” (1975), “Novatorluq və üslub” (1976), “Sevin Azərbaycanı” (1979), “Bir ovuc torpaq” (1982), “Səninlə sənsiz” (1983), “Şairlər və yollar” (1984), “Duyum” : roman (1986), “Bəxtimizin kitabı” (1988), “Şair Cəfər Cabbarlı” (1989), “Od nə çəkdi” (1990), “Seçilmiş əsərləri” (1991) s.
Subyekt.az