![]()
Bu gün səhər saatlarında İsfahan əyalətinin şərqindəki Fərruxi şəhərində Rixter cədvəli üzrə 3,4 bal gücündə zəlzələ baş verib.
Eghtesad News xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, təbiət hadisəsi saat 01:09-da 14 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik yeraltı təkanlar nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Subyekt.az