Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib. Xərclərin optimallaşdırılması məqsədi ilə təxminən 4400 məktəbdən 1500-n bağlanılması planlaşdırılır.
Bu qərara əsasən bir çox ucqar kəndlərdəki məktəblər bağlanılmalı və şagirdlər digər kəndə getməlidilər. Xərcləri azaltmaq üçün bu addım atılır. Amma hansı xərcləri? Məgər Azərbaycanda bir kənddən digər kəndə getmək o qədər asandırmı? Kəndlərin yolları, nəqliyyat buna imkan verirmi? Nəzərə alın ki, kəndlərdə qatar, metro, marşurut yoxdur, insanların taksilərə verəcək pulları yoxdur, uşaqların o qədər yolu piyada getməyə gücü yoxdur. Artıq bir neçə vaxtdır bu xəbər yayılan yerlədə valideynlər narahatlıqlarını bildirir və əksəriyyət artıq övladını məktəbə göndərə bilməyəcəyini dilə gətirir. Bu böyük xərc tələb etdiyindən maddi imkanları buna icazə vermir.
Konstitusiyaya əsasən “Hər bir Azərbaycan Vətəndaşının təhsil almaq hüququ vardır”. Hansı dövrdə yaşayırıq ki, şagird məktəbə getməyə pul çatdıra bilməsin?! Bunun qışı, yayı, soyuğu, istisi, uzaq yol üçün qaranlıqda yola çıxmağı, daşlı, çınqıllı, palçıqlı yollarda gedib gəlməyi var.
Demək ki, gündə bir layihə irəli sürməklə, PİSA qiymətləndirməsi aparılmasındakı nailliyyətlərdən bəhs etməklə, Beynəlxalq tədbirlərdə iştirak etməklə deyil, biz buyuq.
ETN maliyyə cəhətdən kifayət qədər yeyinti sahəsi yaradır. Hansı ki, daha ciddi problemlər öz həllini gözləyərkən pul silmək xatirinə edilən və göz boyamağa xidmət, reallıqda təhsil üçüm heç bir uğuru olmayan layihələrə milyonlar xərclənərkən bölgələrimizdəki vəziyyət heç cür nəzərə alınmır. Həmin ucqar kəndlərdən olimpiya birinciləri çıxanda müsahibə almaqla deyil, elə indi fədakarlıq edib arxa durmaq lazımdır.
Lazımsız layihələrə milyonlar xərcləyən ETN bir neçə məktəb müəlliminin gəliri, dərsliklər və s vasitəsilə maddi gəlir artıracaq. O məktəblərə xərclənən pullar itki deyil, yersiz həyata keçirilən təlimlər, yarışlar, layihələr, Olimpiyadalar, tədbirlər itkidir.
Subyekt.az