![]()
44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qafarov Kənan Siyaqif oğlunun ad günü Göyçay rayonunun Yalman kəndində şəhidin məzarı önündə qeyd olunub.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİH başçısının Yalman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Xatırladaq ki, şəhid Kənan Qafarov 06.08.1996-cı il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.



#GöyçayRayonİcraHakimiyyəti #GoychayDistrictExecutiveAuthority #Goychay #RİH #TarixdəBuGün #Şəhidlər_Ölməz
Subyekt.az