![]()
Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UİCC) tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda səmərə verdiyini bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır. Əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökümətlərin birgə fəaliyyəti ilə 2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində vaxtından əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir. Dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan çox insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az