![]()
Azərbaycan incəsənətinin bu gün dünya şöhrəti qazanmasında Polad Bülbüloğlunun layiqli payı vardır.
Ümummilli lider Heydər Əliyev,
1973-cü ildən Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti (1982), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Məmmədov Polad Murtuza oğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini – Bülbül götürmüşdür. 1989-cu ildən Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildən Türksoyun sədri olmuşdur. ADK-nı bitirmişdir (1968, Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərə, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir. Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalqictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib.
Filmoqrafiya: Mən mahnı qoşuram (film, 1979), Qorxma, mən səninləyəm (film, 1981), Mənə inanın! (film, 2007), Əmir Teymur (film, 2003), Nəğməkar torpaq (film, 1981), Oxuyur Müslüm Maqomayev (film, 1971), Papaq (film, 2007), Payızın 17 anı (film, 2007), Pəncərədə işıq (film, 1987), Poladın mahnıları (film, 1982), Rəfibəylilər (film, 2009), Sevinc buxtası (film, 1977), Səmt küləyi (film, 1973), Səni axtarıram (film, 1981), Soyuq münasibət (film, 1985), Şəki (film, 1977), Təcili yardım lazımdır (film, 1974), Tikdim ki, izim qala (film, 1997), Toy (film, 2005), Uşaqlığın son gecəsi (film, 1968), Ürək nəğməsi (film, 1989), Ürək… Ürək… (film, 1976), Var olun, qızlar… (film, 1972), Yarımçıq qalmış mahnı (film, 1979), Yol əhvalatı (film, 1980), Zəlimxan dastanı (film, 2007), Zirvəyə gedən yol (film, 1995).
Araşdırdı : AYNUR TURAN
Subyek. az