Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib və Qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir.