![]()
32 ildən sonra Ağdama ilk sərnişin qatarı yola düşür
O qatarın fit səsi təkcə dəmir relslərin üstündə deyil, hər bir azərbaycanlının ürəyində eşidiləcək.
32 il… Bir ömrün yarısı qədər uzun bir həsrət. Ağdamın yolları toz-duman içində qaldı, vaqonların xışıltısı xatirələrdə köhnə bir nəğmə kimi susdu. Amma xalqımız ümidini heç vaxt itirmədi. Bilirdik ki, bir gün qatar yenə də şərqdən qərbə doğru hərəkət edəcək, yenə də işğalın qara kölgəsini dağıdaraq torpağa həyat gətirəcək.
Bu gün o gün gəldi. Ağdam stansiyası illərin sükutunu pozaraq nəfəs aldı. Qatarın hərəkətə başlaması sanki minlərlə insanın qəlbində gizlənmiş nisgilin, həsrətin, ümidin bir araya gəlmiş səsi idi.
Yaşlı bir ağdamlı belə deyir:
“Biz 30 ildən çox gözlədik. Hər dəfə dəmir yoluna baxanda xəyalən qatarı görürdük. İndi o xəyallar gerçək oldu.”
Bu qatar indi sadəcə insanları daşımır. O, bir xalqın qələbəsini, torpağa dönüşünü, vətən sevgisini daşıyır. Hər rels üstündə səslənən səs, hər dayanacaqda görünən işıq – Azərbaycan xalqının zəfərinin şahididir.
Ağdama qatar gedir… Arxasında 32 illik həsrəti, qarşısında isə ümidlə dolu gələcəyi daşıyaraq.
Subyekt.az