![]()
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində mobil telefonların qanunsuz yolla gömrük sərhəddindən keçirilməsinin qarşısı alınıb.
İdarənin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu zaman nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən 300 ədəd mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az